İyunun 21-də, “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Cadenza Orkestri (Cadenza Contemporary Orchestra) Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək. Gecə çağdaş Azərbaycan və dünya musiqisinin sintezi üzərində qurulacaq. Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan bəstəkarlarının əsərləri səslənəcəkdir.