Xalq artisti, xanəndə, bəstəkar Məmmədbağır Bağırzadənin 75 illiyinə həsr olunmuş xatirə gecəsində Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, Xalq artisti Zabit Nəbizadə, Bakı Xoreoqrafiya Akademiyasının “Musiqi sənəti” kafedrasının müəllimi, qarmon ifaçısı Baxşəli Əliyev, BMM-nin solistləri Ayşən Mehdiyeva, Məmməd Nəcəfov, Hüseyn Məlikov, ifaçılar Tural Salmanov, Fərman Nardaranlı, oğlu Rahim Bağırzadə və xanəndənin adını yaşadan nəvəsi Məmmədbağır Bağırzadə çıxış edəcək.
Xalq artisti Məmmədbağır Bağırzadə gözəl ifaları ilə oxuduğu hər bir mahnıya öz dəsti-xəttini həkk etdirmiş, neçə-neçə Azərbaycan şairinin qəzəl və şerinə musiqi həyatı vermişdir. Dinləyicisi onu gözəl xanəndə kimi sevmiş və unutmamışdır. “Qızıl Fond”da ifasında 200-dən çox mahnı, təsnif, muğam yadigar qalmışdır.