DJ Party

B. 29.04.2018 23:00 - B.e. 30.04.2018 01:59

Baku Crystal Hall

M 30 - 50

Tədbir bitib
Tədbir bitib
  • Yarış həftəsonunun son gecəsi əfsanəvi DJ Martin Solveig səhnəyə çıxacaq. Builki Azərbaycan Qran Prisinin ardınca baş tutacaq Dua Lipanın konsert proqramından dərhal sonra F1 həvəskarlarını öz məşhur trekləri ilə səhərədək rəqsə sövq edəcək Paris əsilli sənətçi 20 illik karyerasında DJ fəaliyyəti ilə birlikdə uğurlu bəstəkarlıq işi ilə də bütün dünyada böyük rəğbət qazana bilib. O, istiqamətverici görüşləri və özünəməxsus tərzi ilə dünya musiqisinin sərhədlərini aşmağa davam edir. Kanadalı elektro-pop qrupu Dragonette ilə birgə ifa etdiyi “Hello” mahnısı 2010-cu ildə fransız sənətçiyə böyük uğur qazandırıb. Onun albomunda yer alan “Smash” mahnısı 4 ölkədə ən çox dinlənən trek adına yiyələnib və bu trek Madonnanın diqqətini cəlb edib. Daha sonra Madonna “MDNA” albomunda yer alan 6 treki Solveig ilə birlikdə yenidən aranjman edib. Həmçinin Solveig 2012-ci ildəki dünya turunda pop musiqisinin kraliçasını müşayiət edib. Solveig 2015-ci ildə “Intoxicated” mahnısını buraxıb. Qısa müddət ərzində Böyük Britaniyada ilk 5-liyə daxil olan bu mahnı ardıcıl olaraq 24 həftə həmin cədvəldə qalıb və bu uğura görə fransız DJ Avropa üzrə platinum və qızıl mükafatlarına layiq görülüb. Bundan başqa, Solveig-in Tkay Maidza ilə birlikdə 2016-cı ildə buraxdığı “Do It Right” mahnısı Stuart Weitzman-ın 2016-cı ilin payız mövsümünə həsr etdiyi kampaniyanın saundtreki kimi istifadə olunmuşdu. Supermodel Gigi Hadid-in rol aldığı bu kampaniyanın rejissor işi hərtərəfli istedada malik James Franco-ya məxsusdur. O, Ina Wroldsen ilə birlikdə buraxdığı “Places” adlı mahnısı ilə yaradıcılığında yeni musiqi çalarlarını kəşf edib. Sənətçinin yaxın dostu supermodel Arizona Muse mahnının klipində rol alıb və “Places” treki BBC Radio 1-in himninə çevrilib. Qısa müdddət sonra Solveig Alma ilə birlikdə yaddaqalan ksilofon ritmləri, bassline, nəfəsli musiqi alətlərində səsləndirilən fanfar və melodik ritmə sahib “All Stars” adlı mahnısını buraxıb. Solveig çoxyönlü sənətçi kimi məşhurluq zirvəsini fəth etməkdədir. Bir neçə həftə əvvəl sənətçi ictimaiyyətə açıqlayaraq bildirib ki, 2018-ci ilin sonu işıq üzü görəcək yeni albomunun üzərində işlərə başlayıb.
Faydalı məlumat
Yaş həddi:
2 yaşdan
Tədbirin davam etmə müddəti:
29 Apr 23:00 - 30 Apr 1:59
Keçirilmə məkanı

Baku Crystal Hall

Ünvan
Azərbaycan Dövlət Bayrağı Meydanı, Bakı, Azərbaycan
Telefon
(+994 12) 404 31 52