Dügah və Bayatı Qacar dəstgahları

Dügah və Bayatı Qacar dəstgahları
1 noyabr 2024 - 19:00
12+

Dügah və Bayatı Qacar dəstgahları
1 noyabr 2024 - 19:00
12+
Tədbir haqqında
Beynəlxalq Muğam Mərkəzinin “Ustad dərsi” layihəsi çərçivəsində təşkil edilən konsert –mühazirə tanınmış tarzən və pedaqoq Elxan Müzəffərov tərəfindən aparılacaq. Ön söz ilə BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə çıxış edəcək. “Dügah” və “Bayatı Qacar” dəstgahları həm instrumental həmdə xanəndələrin ifasında tamaşaçılara təqdim olunacaq.
Layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə, ustad-şagird ənənələrinin qorunmasına dəstək olmaqdır. İl ərzində mütəmadi olaraq təşkil ediləcək ustad dərslərində mugam ifaçılığı sənətinin görkəmli nümayəndələrinin iştirakı nəzərdə tutulub


