Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
✨ 17 yanvar saat 20:30-da Bakının heyrətamiz gözəlliyə malik tarixi Kamera və Orqan Musiqisi Zalında ilk dəfə olaraq şam işığında unikal bir konsert - Çaykovski, Ştraus və Şostakoviçin valslarından ibarət axşam keçiriləcək.
Sizi dünya klassiklərinin ən zərif və ən çox tanınan valslarının canlanacağı xüsusi bir axşama dəvət edirik. Yüzlərlə şamın zərif sayrışması, qədim kilsənin incə akustikası və alətlərin canlı səsləri əsl bayram və musiqi sehri atmosferi yaradacaq.
Bu axşam sizə ölkənin ən yaxşı musiqiçilərinin ifasında klassik şah əsərlərin səslənməsi ilə parlaq hisslər və incə estetik zövq bəxş edəcək. Çaykovskinin zərif və işıq dolu valsları məkanı nağıl və sevgi ilə bürüyəcək. Ştrausun musiqisi sizi Vyana balları dünyasına, həyatın rahatlığına və sevincinə aparacaq. Şostakoviç və Doqanın valsları isə dərinlik, kinematoqrafik duyğu və incə nostalji qatacaq.
⏰ Başlama vaxtı: 20:30
📍 Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa) 28 may küç. ev.41
Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.
Ars Caspia istedadlı musiqiçiləri, rəssamları və ifaçıları dünyaya tanıdaraq Azərbaycanın mədəni səhnəsinin üfüqlərini genişləndirir. Hər bir layihəmiz - Xəzər dənizi sahilində doğulan, keçmişlə bu gün, ənənə ilə ilham arasında qurulan bir dialoqdur.
Biz konsertlərimizi sadəcə olaraq dinləmək üçün deyil, onu birlikdə yaşamaq üçün yaradırıq.
🎶Ansambl - Ars Caspia Ensemble
Ars Caspia Ensemble - beynəlxalq səviyyədə tanınmış görkəmli musiqiçiləri birləşdirən kollektivdir. Onların ustalığı, enerjisi və incə zövqü istənilən çıxışı unudulmaz emosional hadisəyə çevirir.
Ansamblın tərkibində Azərbaycanın tanınmış əməkdar artistləri yer almışdır:
Renata Abubekirova (birinci skripka) - Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin birinci skripkası, Neue Philharmonie München simfonik layihəsinin iştirakçısı. Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrin orkestrlərinin tərkibində və solist kimi çıxış etmişdir.
Yuliya Motorina (ikinci skripka) - Azərbaycan Respublikasının əməkdar artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin və Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti.
Aleksey Miltıx (violonçel) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Kamera Kvartetinin solisti. ABŞ, Almaniya, Fransa, Türkiyə və Cənubi Koreyada konsertlərdə iştirak etmişdir. Maestro Yuri Temirxanovun rəhbərliyi altında çalışmışdır,.
Rəna Rəhimova (alt) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələrin laureatı.
Rəvan Əhmədzadə (kortrabas) - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin solisti, Respublika müsabiqələrinin laureatı, Azərbaycanda və xarici ölkələrdə bir çox konsert proqramları və festivalların solisti.
Ülviyyə Dadaşova (fortepiano) - respublika və beynəlxalq müsabiqələrin laureatı, Prezident təqaüdçüsü. Adı Azərbaycanın “Qızıl istedadlar kitabı”na yazılıb. Azərbaycanda və xaricdə keçirilən çoxsaylı konsert proqramları və festivalların solisti.
Bu - yalnız ansambl deyil, bu - canlı musiqi enerjisinin yarandığı əsl yaradıcılıq laboratoriyasıdır.
🎼Proqram
- Pyotr Çaykovskinin "Yatmış Gözəl" və "Şelkunçik" baletlərindən valslar
- İohann Ştrausun əfsanəvi valsları
- Şostakoviç və Doqanın duyğulu və tanınmış valsları
*Təşkilatçılar proqramda dəyişiklik etmək hüququnu özlərində saxlayırlar.
🎟️ Yer sayı məhduddur.
Bu qışın ən əsrarəngiz musiqi axşamının bir hissəsi olmaq şansınızı qaçırmayın!

8 ₼-dan
50 ₼-dan
5 ₼-dan
8 ₼-dan
Biletlər satılıb
50 ₼-dan