Müxtəlif janrlarda sintez xarakterli improvizasiyaların mahir ifaçısı, dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edən Azərbaycan Respublikasının Əməkdar artisti Emil Əfrasiyab Gəncə Dövlət Filarmoniyasında ilk dəfə Vaqif Mustafazadənin anadan olmasının 84 illiyi münasibətilə "Caz axşamı" konserti ilə çıxış edəcək.