
Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının Konserti

Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının Konserti
Tədbir haqqında
4 mart 2025-ci il tarixində, saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının 90 illik yubileyinə həsr olunmuş Fikrət Əmirov adına I Ümumrespublika Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək. Açılış mərasimində Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcəklər.
Diqqət! Konsertə gecikdiyiniz halda, biletdə göstərilən yer dəyişdirilə bilər.
Bilet nəzarətçilərinin təlimatlarına əməl etməniz və konsertlərə qeyd edilən vaxtdan 30 dəqiqə əvvəl gəlməniz tövsiyə olunur.
Konsert və tədbirlərimizdə qonaq olacaq tamaşaçıların geyim tərzlərinə diqqət yetirmələri xahiş olunur. Şort və başmaqda gələn şəxslər konsert zalına buraxılmayacaq.


