Mayın 7-də Beynəlxalq Muğam Mərkəzində tanınmış ifaçısı Cəlal Abbasovun və virtuoz pianoçu Nizami Əliyevin solo konsertləri keçiriləcək. "Bir axşam Bakıda" adlı konsertdə bakılılar və şəhərimizin qonaqlarına sevilən və yeni mahnılardan ibarət fərqli proqram təqdim olunacaq. Qeyd edək ki, Cəlal Abbasov bir sıra yerli və beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının iştirakçısı və qalibidir.