Fevralın 16-da Heydər Əliyev Sarayında tanınmış yerli caz
ifaçılarının konsert proqramı keçiriləcək.
“jAzzeri Bands” caz musiqisi axşamında Əməkdar İncəsənət
Xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, Respublikanın
Xalq artisti Ənvər Sadıqov, Əməkdar artistlər Akif
Süleymanbəyli, Emil Əfrasiyab, ifaçılar Təranə Mahmudova,
Teymur Süleymanbəyli (saksafon), Rast və Qaya qrupları iştirak
edəcəklər.
Caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı,
dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcəklər.
Saat 19:00-da başlayacaq konsertin biletləri 20-50 manat
arasında satışa çıxarılıb. Biletləri İticket.az dan onlayn, şəhərin
kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə
bilərsiz.