Joss Stone "Odlar Yurdunda canlı"

Ş. 3.03.2018 21:00

The Landmark

M 50 - 100

Tədbir bitib
Tədbir bitib
  • “Grammy” mükafatının qalibi olmaq hissini yaşamış Joss Stone özünün “Ümumi Dünya Turu” nun bir hissəsi kimi BMT üzvü olan bütün ölkələrdə çıxış edən ilk ifaçı olmaq kimi məsuliyyətli bir vəzifəni üzərinə götürüb. Bu günə qədər Joss irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq minlərlə insan üçün 130 ölkədə çıxış edib. Onun məqsədi universal dil olan musiqi vasitəsi ilə insanları bir araya gətirməkdir və eyni zamanda göstərməkdir ki, heç bir ölkə və ya insan digərlərindən daha çox əhəmiyyətli deyil. Joss səhnə şousu 12 illik karyerasi müddətində ifa etdiyi müxtəlif mahnıları ilə yanaşı, klassik musiqiləri və yeni yazılmış musiqiləri əhatə edir. Joss Stone - əsl Britaniya əsrarəngizliyi və möhtəşəm səsi ilə 3 mart 2018-ci ildə Ümumi Dünya Turnesi çərçivəsində Bakıda “Live in the Land of Fire” (Odlar Yurdunda canlı) konsert proqramı ilə çıxış edəcək. Joss səhnədəki hər bir çıxışı fərqlidir və tamaşaçıların ehtiyac, istək və arzularını təmin edən bir musiqi təcrübəsi kimi çiçəklənməyə imkan verir. Əsl zəriflik və ingilis parlaqlığının canlı şahidi olmaq istəyirsinizsə Joss Stounun konsertini qaçırmayın.
Faydalı məlumat
Tədbirin davam etmə müddəti:
21:00 - 23:30 - Ş., 3 Mart
Keçirilmə məkanı

The Landmark

Ünvan
Nizami küçəsi 90A, Bakı, Azərbaycan
Telefon
(+994 12) 465 20 00