
"Qarabağ gecəsi" xeyriyyə konserti

"Qarabağ gecəsi" xeyriyyə konserti
Tədbir haqqında
8 iyul 2025-ci il tarixində - Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsertdə dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac Şıxəlizadə iştirak edəcək. Konsertin dirijoru isə Əməkdar artist Əyyub Quliyev olacaq.
Konsertdən əldə ediləcək bütün vəsait Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin ictimaiyyətə nümayiş etdirilməsi və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılmasına yönəldiləcək.
Konsertin proqramı:
- Ü. Hacıbəyli - “Koroğlu” operasından Uvertüra
- C. Puççini - Bohema operasından Rudolfun ariyası (Xalq artisti Yusif Eyvazov)
- C. Puççini - Bohema operasından Miminin ariyası (Əməkdar artist Afaq Abbasova)
- C. Puççini - Rudolf və Miminin dueti (Xalq artisti Yusif Eyvazov ve Əməkdar artist Afaq Abbasova)
- C. Rossini - “Sevilya bərbəri” operasından Fiqaronun kavatinası (solist Mahir Tağızadə)
- J. Bize - Xabanera (solist Aytac Şıxəlizadə)
- C. Puççini - Toska operasından Kavaradossinin ariyası (Xalq artisti Yusif Eyvazov)
- C. Puççini - Toskanın ariyası (Əməkdar artist Afaq Abbasova)
- Guno - Valentin ariyası (solist Mahir Tağızadə)
- C. Verdi – “Don Karlo” operasından Eboli ariyası (solist Aytac Şıxəlizadə)
- C. Verdi - Don Karlo və Rodriqonun dueti (Xalq artisti Yusif Eyvazov və solist Mahir Tağızadə)
- C. Puççini - Aria Cio-Cio-San (Un bel di vedremo) (Əməkdar artist Afaq Abbasova)
- Q. Qarayev - “Yeddi gözəl” baletindən vals (orkestr)
- F. Əmirov - “Azərbaycan elləri” (solist Aytac Şıxəlizadə)
- Ü. Hacıbəyli - “Koroğlu” operasından Koroğlunun ariyası (Xalq artisti Yusif Eyvazov)
- Ü. Hacıbəyli - “Koroğlu” operasından Həsən xanın ariyası (solist Mahir Tağızadə)
- F. Əmirov - “Sevil” operasından Dilbərin mahnısı (Əməkdar artist Afaq Abbasova)
- C. Puççini - “Turandot” operasından Kalafın ariyası (Xalq artisti Yusif Eyvazov)
- M. Maqomayev - “Odlar yurdu” (solist Mahir Tağızadə)
- C. Verdi - “Traviata” operasından Brindisi
Qeyd: Konsert və tədbirlərimizdə qonaq olacaq tamaşaçıların geyim tərzlərinə diqqət yetirmələri xahiş olunur. Şort və başmaqda gələn şəxslər konsert zalına buraxılmayacaq.


