
Kərkük Musiqi Axşamı

Kərkük Musiqi Axşamı
Tədbir haqqında
25.12.2023-cü il tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Kərkük musiqi axşamı keçiriləcəkdir.
Əsrlər boyu İraq türkmənləri ilə Azərbaycan arasında səmimi bağlar olmuşdur. Bu bağlar özünü musiqidə də göstərmişdir. Təsadüfi deyil ki, ölkəmizdə “Ninnə yarım”, “Gözələ bax, gözələ” və s. kimi mahnılar dillər əzbəridir. Kərkük musiqi axşamında kərkük xalq musiqi nümunələri, eyni zamanda müxtəlif üslublarda işlənilmiş xalq və bəstəkar mahnıları səslənəcəkdir.
Gecədə Beynəlxalq Muğam Mərkəzinin Ansamblının müşayiəti altında (Rüstəm Müslümov (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança)) Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Nuriyyə Əhmədova, gənc xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Hüseyn Məlikov, Zümrüd Məmmədova, Məmməd Nəcəfov, Səbinə Ərəbli, Yaqut Xəlilzadə, Rəvan Qaçayev, Günay İmamverdiyeva, Nisbət Sədrayeva, Vəfa Vəzirova, ud ifaçısı İsmayıl Zülfüqarov, pianoçu Rəbiyə İmanquliyeva, “Şəms-Qəmər” kamera xoru (bədii rəhbər Leyla Zalıyeva, xormeyster Xanımana Məmmədzadə) çıxış edəcək.


