M.Rostropoviç X Beynəlxalq Musiqi Fes. "Münchenklang" orkestri və xoru

Ş. 27.04.2019 19:00

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə 2019-cu il 22-27 aprel tarixində Bakı şəhərində Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçiriləcəkdir. Festivalda Rusiya, Almaniya, İsveçrə, İspaniyadan dünya şöhrətli musiqiçi və kollektivlər – İsveçrənin Lozanna Kamera Orkestri, Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı, “Münchenklang” Orkestri və başqaları iştirak edəcəklər.
Festival çərçivəsində Heydər Əliyev Sarayında 27 aprel tarixində Almaniyanın “Münchenklang” orkestri və xoru çıxış edəcək. Konsertin dirijoru Tomas Hefele, solistləri Anna Karmazin (soprano) və Lüdviq Mittelhammer (bariton) olacaq.
Konsert proqramında Qabriel Fore və Frans Şubertin əsərləri səsləndiriləcək.
Saat 19:00-da baş tutacaq konsertin biletinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrəsi: (012) 441-21-31

Faydalı məlumat
Yaş həddi:
+6 yaşdan