Maestro Rauf Abdullayev - Nikolay Luqanski

B. 13.10.2019 19:00

Gün
:
Saat
:
Dəqiqə
:
Saniyə

1994-cü ildən etibarən Rusiya və Azərbaycan arasında qarşılıqlı mübadilə proqramı çərçivəsində həm Moskvada, həm də Bakıda keçirilən Mədəniyyət Günləri, müxtəlif konsertlər, festivallar, yubiley gecələri, sərgilərdə hər iki ölkənin musiqisi, teatrı, xoreoqrafiyası və təsviri sənət nümunələri nümayiş olunur. Bu illər ərzində Bakıda məşhur musiqiçi və kollektivlər – “Kreml baleti”, “Brass-kvinteti”, YuriTemirkanov, Maksim Vengerov, SergeyDoqadin, FilipKopaçevski, ValeriXlebnikov, DmitriXoxlov və başqaları çıxış etmişlər.

Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə 2019-cu ilin  oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiya Federasiyasının Xalq artisti, görkəmli pianoçu Nikolay Luqanskinin və Maestro Rauf Abdullayevin iştirakı ilə konsert keçiriləcəkdir.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında oktyabrın 13-də saat 19.00-da keçiriləcək konsertdə görkəmli pianoçu, Moskva Dövlət Filarmoniyasının solisti, Beynəlxalq müsabiqələr laureatı Nikolay Luqanski çıxış edəcəkdir. Pianoçu Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə SergeyProkofyevin 2 saylı fortepiano konsertini ifa edəcəkdir.

Yuxarıda adıçəkilən tədbir Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə dəstəyi və “РОСКОНЦЕРТ” musiqili və festival proqramlarının federal direktorluğunun təşkilatçılığı ilə həyata keçirilir.

Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan