Sehirli Musiqi Axşamı - Tural Məmmədlinin orkestrləşdirməsi ilə EthnoClass orkestrin ifasında unudulmaz musiqi axşamı. Samir Əliyevin müəllifi olduğu instrumental musiqilərin təqdimatı hər kəs üçün maraqlı və yaddaqalan olacaq. Özündə Şərq və Qərb motivlərini təcəssüm etdirən musiqi parçalarının hər biri tamaşaçıların musiqi zövqünə yeni rəng qatacaq.