Mark Eliyahu

Ş. 25.05.2019 20:00

İlk dəfə Bakıda, 25 may 2019-cu il tarixində, dünyaca məşhur kamança ifaçısı, dərin melodiyaların ustadı, əfsanəvi Mark Eliyahunun Heydər Əliyev Sarayında konserti keçiriləcək.
Mark Eliyahu 20 il öncə olarkən Habil Əliyevin kamança ilə ifasına qulaq asır. Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır. Markın ifa etdiyi kamança birbaşa olaraq Habil Əliyev tərəfindən ona hədiyyədir. Bu günə qədər o, Habil Əliyevin kamançasında ifa edir.
Mark Eliyahu – Türk, Ərəb, İran və ən əsas Azərbaycan musiqisi olan muğamının incəliklərini və dərinliklərini müasir musiqi sevərlərə öz virtuoz ifası ilə təqdim edir.
Konsert çox rəngarəng, əsrlərin dərinliklərindən gələrək düşüncələri aydınladan abu-havada keçəcək.

Faydalı məlumat