
Morgenland Meets The Land of Fire

Morgenland Meets The Land of Fire
Tədbir haqqında
Son 20 il ərzində alman şəhəri Osnabryukda təşkil olunan “Morgenland” festivalı yaxın Şərq mədəniyyətinə həsr olunmuşdur. Festival bu regionla əlaqəli streotiplərə qarşıdurmağa cəhd göstərir və onu daha orijinal mühitdə təqdim edir.Festivalın əsas təhrikedici amillərindən biri 14-20 yaş gənc musiqiçilər üçün nəzərdə tutulmuş “Morgenland Akademiyası” olmuşdur.Professional musiqiçilərin rəhbərliyi altında bir həftəlik musiqi düşərgəsi çərçivəsində iştirakçılar Avropa musiqi ənənələrindən fərqlənən, muğama əsaslanan ərəb, fars, Qafqaz və orta-asiya musiqisi ilə tanış olurlar. “Morgenland Akademiyası” məzunlarından ibarət yaradılmış “Morgenland Youngsters” ansamblı mütəmadi olaraq layihə və konsertlər təşkil edirlər. Festivalın yaranmasının 20 illiyi şərəfinə bu ansambl və Azərbaycan, Türkiyə gənc musiqiçilərindən ibarət qarşılıqlı layihə təşkil olunur. Konsert səfəri iştirakçılara təcrübənin möhkəmləndirilməsi, digər ölkələrdən olan həmkarlarla ideya mübadiləsi, onların musiqi və mədəniyyəti ilə tanış olması təklifi verir. Layihə musiqi ənənələrinə hörmət və müxtəlifliyə marağa əsaslanan mədəni mübadilənin vacibliyini vurğulayır.Məşqlər və konsertlərin Bakı, İstanbul və Osnabryukda keçirilməsi planlaşdırılır.Osnabryukdan olan musiqiçilər yazda Bakı və İstanbula səfər edəcək, avqust ayında isə “Morgenland Festival”ının bu ilki bağlanışı üçün nəzərdə tutulan birgə konsert ilə yekunlaşacaq qarşılıqlı səfər baş tutacaq.


