"Müşfiqli dünya" ədəbi-bədii gecə

C. 21.12.2018 19:00

Heydər Əliyev Sarayı

M 10 - 50

Tədbir bitib
Tədbir bitib
  • “Müşfiqli dünya”  ədəbi-bədii gecə

     

        Dekabrın 21-də Heydər Əliyev Sarayında  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Mikayıl Müşfiqə həsr olunmuş “Müşfiqli dünya” ədəbi-bədii gecə keçiriləcək. Azərbaycan Televiziyasının Mədəniyyət kanalı və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə keçiriləcək gecədə əsas sözü Mikayıl Müşfiq poeziyası və ölməz şairin sözlərinə yazılan nəğmələr deyəcək.

       Mikayıl Müşfiq qısa ömrünə baxmayaraq, orijinal əsərləri ilə Azərbaycan ədəbiyyatında dərin iz qoydu, qədim və qüdrətli Azərbaycan poeziyasında öz yolunu yaratdı. Mikayıl Müşviq 29 illik kiçik ömrə sığışan böyük sənət uğurları, qeyri adi yaradıcılığı ilə bu gündə insanları düşündürür, heyrətləndirir və sevindirir.

       Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir.

       Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Faydalı məlumat
Yaş həddi:
+6 yaşdan
Tədbirin davam etmə müddəti:
19:00 - 21:00 - C., 21 Dek
Keçirilmə məkanı

Heydər Əliyev Sarayı

Ünvan
Bülbül prospekti 35, Bakı, Azərbaycan
Telefon
(+994 12) 441 21 31