Hal-hazırda mərkəzimiz növbəti unikal tədbirə - dekabrın 22-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində keçiriləcək və özündə milli musiqi elementlərini əks etdirən Azərbaycanda ilk uşaq müziklin təqdimatına hazırlaşır. Müzikldan sonra mərkəzimizin gənc istedadları Zəfər gününə həsr olunmuş musiqili konsert proqramı ilə çıxış edəcəklər.