
Yeni İlin MULTPARADI

Yeni İlin MULTPARADI
Tədbir haqqında
Dekabrın 30-da Heydər Əliyev Sarayında "Baku Sinfonietta" orkestrinin iştirakı ilə uşaqlar üçün "Yeni ilin MultParadı" adlı konsert proqramı keçiriləcək. Konsertdə tamaşaçılara sevilən “Azərbaycanfilm”, “Союзмультфильм”, “Pixar” , “Warner Bros”, “DreamWorks” və "Walt Disney" musiqiləri təqdim olunacaq.
Konsertdə maraqlı, rəngarəng süjeti ilə seçilən “Sehirli çıraq”, "Ələddin" (Aladdin), "Sevimli canavarlar" (Monsters, Inc.), "Gözəl və bədheybət" (Beauty and the Beast), "Tom və Cerri” (Tom and Jerry), "Çeburaşka" (Чебурашка), “Şrek” (Shrek), "Kung Fu Panda", “Frozen” (Buzlar diyarı), “Ну, погоди” (Düşərsən əlimə!), “Кот Леопольд” (Pişik Leopold), “Mickey Mouse” və digər ən məşhur cizgi filmlərdən kompozisiyalar səsləndiriləcək.
"Baku Sinfonietta" orkestrinə dirijor, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadə rəhbərlik edəcək.
Saat 12:00 və 15:00-da başlayacaq uşaq konsertlərinin biletlərini İticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.


