"Möcüzəvi qarışıqlıq" adlı Yeni il interaktiv şou-nağılı

Tədbir haqqında

CosplayClub "Möcüzəvi qarışıqlıq" adlı Yeni il interaktiv şou-nağılını təqdim edir. Tamaşaçılar əsl sehrbaz olub, xeyirxahlıq, cəsurluq və ixtiraçılıq kimi keyfiyyətləri mənimsəməkdə evimli qəhrəmanlarına kömək edə biləcəklər. Tamaşanın süjetinə görə,Kiberton planetindən olan dəyərli qonaqlar yeni il gecəsi Şaxta baba ilə Qar qızı görmək üçün tələsirlər – Avtobot Optimus Praym və BamblBi, Qar Səltənətindən Şaxta məlaikə - Elza və bacısı Anna, hamının sevdiyi xeyirxah Olaf və Kristof, Güzgü sakinləri (Güzgünün içində yaşayanlar) – Dəlisov şlyapaçı, Mart dovşanı, Çeşir pişiyi və sehrli saatların qoruyucusu – Əlahəzrət Zaman. Qəhərmanların macərları qeyri-adi hadisələrlə zəngindir, yollarda hər cür maneəyə rast gəlirlər, xəyali amansız qüvvələr planlar qurular və Qurdların Qırmızı Kraliçası deseptikonlarla bayramı korlamaq istəyirlər, Elflərlə Alisa isə Yeni ilin gəlişinə qədər Zaman Qoruyucusunu geri qaytarmalı və yenidən Möcüzəvi Saat mexanizmini işə salmalıdırlar. Möcüzəvi Qarışıqlıq – dostluğun istənilən çətinliyi aradan qadırdığını nümayiş etdirən maraqlı əhvalatdır. Mahnılar, rəqslər, qəhrəmanların macəraları sizi nağıl boyu müşayiət edəcək və siz unudulmaz yeni il gecəsi ab-havasına düşəcəksiz. Müddət - 1 saat 20 dəqiqə, fasiləsiz. Biletlərin qiyməti – 35 AZN (Ana + uşaq)

Yaş məhdudiyyəti / Dil

3
"Möcüzəvi qarışıqlıq" adlı Yeni il interaktiv şou-nağılı "Möcüzəvi qarışıqlıq" adlı Yeni il interaktiv şou-nağılı