Pellumb Aqalliyay 80


Pellumb Aqalliyay 80
23 dekabr 2023 - 19:00
6+


Azərbaycan Respublikasının əməkdar müəllimi, Prezidentin fərdi təqaüdçüsü, Bakı Xoreoqrafiya Akademiyasının müəllim-xoreoqrafı Pellumb Mustafa oğlu Aqalliyayın 80 illik yubiley tədbiri. Yubiley tədbirində P.Aqalliyayın quruluş verdiyi P.İ.Çaykovsinin “Şelkunçik” baleti Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin, J.Bize, R.Şedrinin “Karmen-suita” baleti isə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrın balet truppasının ifasında təqdim olunacaq.
