
Peşə seçimində valideynlərin təsiri

Peşə seçimində valideynlərin təsiri
Tədbir haqqında
YARAT Müasir İncəsənət Məkanı və Dərs Evi Təhsil Mərkəzi “EduCare: Creative Parenting (Yaradıcı valideynlik)" layihəsini təqdim edir!
Bu layihə YARAT Müasir İncəsənət Mərkəzi və Dərs Evi Təhsil Mərkəzi tərəfindən peşə seçimləri zamanı müxtəlif mütəxəssislərin peşəkar istiqamət verəcəkləri təhsil proqramıdır. Peşə seçimi individual və həssas prosses olduğundan mütəxəssislərimiz bu dövr ərzində xüsusi diqqət tələb edən nüanslar, eləcə də bu prossesdə valideynlərin təsir rolundan danışacaqlar. Bu görüşdə ümumi peşə seçimi və incəsənət yönümlü ixtisasların müasir dövrdə aktuallığı və önəmi haqqında müzakirə aparılacaq.
14 oktyabr saat 12:00-da baş tutacaq tədbirin qonaqları əməkdar rəssam Sabina Şıxlınskaya və global layihələrin idarəsində professional Elçin Qədimovdur.
Elçin Qədimov PASHA Property Management şirkətinin Baş İcraçı Direktorudur - Port Baku Residences & Business Center, Crescent Business Center, Knightsbridge Residence, Bilgeh Estate və bir çox başqa şirkətləri idarə edən əsas daşınmaz əmlak operatorudur. Elçin Qədimov PAŞA Əmlak Menecmentindən əvvəl 25 ildən artıq kommersiya banklarında, o cümlədən son 8 il Rabitəbank-ın baş direktoru vəzifəsində çalışıb. Elçin Qədimov Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat Uçotu və Audit ixtisası üzrə bakalavr və magistr dərəcəsinə malikdir. O, həmçinin ABŞ-ın Alabama ştatının Cənubi Alabama Universitetinin MBA diplomuna malikdir.
Əməkdar rəssam və kurator Səbinə Şıxlinskaya, Bakıda ən öncül müasir konseptual incəsənətin təşviqatçılarından biridir. İlk olaraq Bakıda rəssamlıq üzrə, sonra isə Sankt-Peterburqda monumental rəssamlıq üzrə təhsil almışdır. Rəssam bir çox sərgilərdə, fərdi sərgilərdə, biennalelərdə, həmçinin Rusiya, İtaliya, Almaniya, Gürcüstan, Estoniya və Polşa kimi ölkələrdə keçirilən sərgilərdə iştirak edib. Bununla birgə Səbinə Şıxlinskaya, sərgilərin sponsorluğu və layihələrin həyata keçirilməsi vasitəsi ilə gənc azərbaycanlı rəssamlara dəstək verən məhsuldar bir kuratordur. O, həmçinin YARAT Müasir İncəsənət Mərkəzində İncəsənət Məktəbi layihəsinin müəllifidir.
Tədbirin moderatoru Mələk Bayramlıdır.


