
Pianoçu Nizami Əliyev - "Baharın gəlişi"

Pianoçu Nizami Əliyev - "Baharın gəlişi"
Tədbir haqqında
Sevilən və tanınmış pianoçu, bəstəkar Nizami Əliyev “Baharın gəlişi” adlı solo konsertini təqdim edir. Bahar ovqatlı konsert proqramında yeni əsərlərlə yanaşı həm də xalq tərəfindən sevilən bəstəkar və xalq mahnılarımız yeni improvizasiyalarla təqdim olunacaq. Peşəkar ifaçının müəllifi olduğu kompozisiyalarla yanaşı musiqisevərləri rəngarəng musiqilər gözləyir. .Bu silsilədən “Vaqif xatirəsi”, “Bağ mövsümü”, “Odlar yurdu” əsərləri müxtəlif janrlar üzərində gəzişmələr tamaşaçılara xoş əhval bəxş edəcək.
Azərbaycanda caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin ad günü ərəfəsində təqdim olunan konsert həm də musiqiçinin xatirəsinə bir ehtiramdır.
Özünəməxsus ifa tərzi ilə seçilən pianoçu Nizami Əliyev yaradıcılığında milli və caz kompozisiyalara üstünlük verir. Onun bir-birindən maraqlı aranjimanla təqdim etdiyi milli rəqslər, xalq mahnılarımız musiqisevərlər tərəfindən hər zaman böyük rəğbələ qarşılanır.


