Vincenzo Bellini - "Norma"

Tədbir haqqında

Bakı Musiqi Akademiyasının Opera Studiyası möhtəşəm layihəsi - məhşur italyan bəstəkarı Vincenzo Bellininin “Norma” operası ilə tamaşaçıların qarşısına çıxacaq. Son zamanlar BMA-nın Opera Studiyası bir sıra maraqlı layihələrlə («La passionе del`Opera», «BakuOperArt», «Kamerton» və s.) tamaşaçılar qarşısına çıxıb. Bu dəfə Opera Studiyasının orkestr, solist və xor heyəti iki hissəli bütöv tamaşa ilə görüşə gəlir. Quruluşçu dirijor və Opera Studiyasının Bədii Rəhbəri - Fəxrəddin Kərimov (Xalq Artisiti, professor) Quruluşçu rejissor - Elvin Mirzəyev Xormeyster - Gülbacı İmanova (Xalq Artisti) Konsertmeyster - Yuliya Kərimova Opera sənətində son dərəcə çətin hesab edilən bu vokal nümunələrinin ifaçıları: Norma - Fəridə Məmmədova (Əməkdar Artist) Pollione - Adil Axundov Adalciza - Səbinə Əsədova (Əməkdar Artist) Orovezo - Anton Ferştandt (Əməkdar Artist) Klotilda - İslama Abdullayeva (BMA-nın Solo Oxuma fakultəsinin tələbəsi) Flavio - Hidayət Əliyev (BMA-nın Solo Oxuma fakultəsinin tələbəsi) “Norma” - Opera-seria janrında olan, belkanto üslubunun tanınmış şedevridir və paytaxtımızın mədəni həyatında böyük hadisədir.

Yaş məhdudiyyəti / Dil

0
Vincenzo Bellini - "Norma" Vincenzo Bellini - "Norma"