Tədbir bitib
  •                Rauf Hacıyevin mahnılarından ibarət konsert

    Oktyabrın 4-də Heydər Əliyev Sarayında SSRİ-nin xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin mahnılardan ibarət konsert proqramı keçiriləcək.

    Konsert proqramında Respublikamızın sevilən və tanınmış sənətkarları Xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Azər Zeynalov, Ənvər Sadıqov, Əməkdar artistlər İlqar Muradov, Anar Şuşalı, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Teymur Əmrah, Abbas Bağırov, Lalə Məmmədova, tanınmış müğənnilər Nadir Qafarzadə, Eldar Qasımov, Emiliya Yaqubova, Taleh Yəhyayev, Zamiq Hüseynov, Fuad Musayev, “Qaya” qrupu və başqaları iştirak edəcəklər. Konsertdə bəstəkarın musiqisevərlər və ifaçılar arasında populyarlıq qazanan “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft daşlarında”, “Ceyran” və digər mahnıları səsləndiriləcək.

Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
19:00 - 21:00 - C.a., 4 Okt
Keçirilmə məkanı

Heydər Əliyev Sarayı

Ünvan
Bülbül prospekti 35, Bakı, Azərbaycan
Telefon
(+994 12) 441 21 31