Sektoreight X Selector Pro: Women Sound Waves

Tədbir haqqında

Birləşmiş Krallıqdan Jamz Supernova və Holly Lester-ın iştirakı ilə, bu ilin Selector Live gecəsi dörd qadın musiqiçi tərəfindən Pullman Bakı otelində (Tower Building - 1) 21 fevral 2020 tarixində keçiriləcək.

SELECTOR LİVE İSTEDADLI BİRLƏŞMİŞ KRALLIQ MUSİQİÇİLƏRİNİN CANLI KONSERTLƏRİ MÜŞAİYƏTİNDƏ, SELECTOR RADİO-NUN SƏSİNİ BÜTÜN DÜNYADAKI MUSİQİSEVƏRLƏRƏ ÇATDIRIR.

Adından da göründüyü kimi, Selector Radio hər həftə Birləşmiş Krallığın ən yaxşı musiqilərini seçir və dünya miqyasında dörd milyondan çox dinləyicisilə bölüşür. Biz, Bakıda, məhz Azərbaycan auditoriyası üçün İngilis musiqisi və cəmiyyətinin müxtəlifiliyini və gücünü səhnədə təcəssüm etdiririk. Actress, Ghostpoet, Max Cooper, Rosie Lowe, Kojey Radical, Gaika, Penelope Isles and the London Contemporary kimi yenilikçi istedadlarla əməkdaşlıqlarımız var.

British Council və Sektoreight -in dəstəyilə, bu ilin Selector Liveset elektronik musiqi hadisəsi olan women.sound.waves konsertində Azərbaycan və Birləşmiş Krallıqdan eklektik əsərlərilə seçilən dörd xanım musiqiçi iştirak edəcək. Sektoreight by iN, Bakı elektronik musiqi səhnəsində Ten Walls, Sound Button, Boiler Room və başqaları kimi mühüm musiqiçilərlə əməkdaşlıq etmiş aparıcı qurumdur. Liveset 21 Fevral 2020 tarixində saat 21.30 – da Pullman Baku’da  (Tower Residence -1) baş tutacaq. Tədbir rəsmi Selector Radio yayımçısı ASAN Radio  və Yarat  Müasir İncəsənt Məkanının dəstəyilə həyata keçirilir.

Bu ilki Selector Live musiqi hadisəsi women.sound.waves başlığı altında bütün dünyada qadın musiqiçilərin uğurlarını qeyd edir və müasir musiqi sənyesində onların yaratdıqları eklektik musiqi dünyasını kəşf etməyə yönəlmişdir.

Birləşmiş Krallığın ən aparıcı yeni nəsil DJ’lərindən biri olan JAMZ SUPERNOVA-nın (Selector Radio UK) öz incəsənətinə böyük sevgisi var. Nina Las Vegas, Toddla T, Diplo and Annie Mac kimi musiqiçilərdən ilham alaraq, Sonar, Parklife, Detonate, El Dorado, Nass, Farr, Lovebox, Beat Herder, Bestival, Ibiza Rocks, and Lost & Found kimi məkanlarda öz musiqisilə səhnəni canlandırmışdır.

Əslən İrlandiyanın məşhur elektronik musiqi mərkəzindən olan Holly Lester (Duality Trax UK) qısa müddətdə Birləşmiş Krallıq elektronik musiqi səhnəsində ad qazana bilmişdir. Yalnız 2018 – ci ilin son yarısında, Holly, Job Jobse və Mano Le Tough’la birlikdə Belfast şəhərinin AVA Festivalında debüt Boiler Room çıxışlarını həyata keçirməyə nail olmuşdur.

DİHAJ, 2014-cü ildə Bakıda yaradılmış elektronik musiqi layihələrindən biridir. Qrup üzvlərinin hər birinin fərqli musiqi keçmişi olduğundan, əsərləri olduqca eklektikdir. Buna görə də onlar heç vaxt öz musiqilərini hər hansısa xüsusi bir janra aid etməmişlər. Sadəcə doğru hesab etdiyin musqini ifa et, şərh isə dinləyicilərə qalsın, elə deyil mi?

INHERROOM (Nəzrin M), musiqisi təcrübənin kəşfindən ibarət olan hərtərəfli sənətçidir. O, təsviri incəsənət, səs-dizaynı, ifaçılıq sənəti kimi müxtəlif üsulları öz musiqisində birləşdirir və  digər bilik və elmlərlə qarşılıqlı dialoqda daha geniş elmlərarası anlayışı əhatə edir.

SELECTOR LIVE 2019 - ÖTƏN TƏDBİRLƏR

DJ Murad H və DJ Bazaurun təqdimatında, və Tanınmış Britaniyalı DJ Goldierocks  iştirakı ilə, Selector LIVE əyləncə gecəsi Pasifico  restoranında 15 fevral saat 22.00-da keçirildi. "Selector LIVE" əyləncə gecəsi Britaniya Şurasının Azərbaycan Respublikasındakı fəaliyyətinin 25-ci ildönümünə həsr olunub.

FC / DC - inclubbaku.com/howtogetin

Yaş məhdudiyyəti / Dil

18+
Sektoreight X Selector Pro: Women Sound Waves Sektoreight X Selector Pro: Women Sound Waves