
ABONEMENT KONSERTLƏR - Noyabr

ABONEMENT KONSERTLƏR - Noyabr
Tədbir haqqında
04.11.23 Zəfər gününə həsr olunmuş gənc istedadların iştirakı ilə konsert
Solistlər: Respublika və beynəlxalq müsabiqələr laureatları
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” Uşaq Xoru
Bədii rəhbər:
Dilarə Əliyeva
Xormeyster:
Aysel Mehdizadə
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Sədəf” Xalq Çalğı Alətləri Ansamblı
Bədii rəhbər:
Qönçə Mehdiyeva
Şənbə
Başlanır 15:00
11.11.23 Azərbaycan Dövlət FortepianoTriosu
AZƏRBAYCAN VƏ QƏRBİ AVROPA BƏSTƏKARLARININ ƏSƏRLƏRİ
Şənbə
Başlanır 15:00
18.11.23 Azərbaycan Dövlət Simli Kvarteti
Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert
Solistlər: Azərbaycan Respublikasının Əməkdar artisti
Ceyla Seyidova (violin)
Beynəlxalq müsabiqələr laureatı
Nazxanım Dadaşova (piano)
Şənbə
Başlanır 15:00
25.11.23 “Klavesin musiqisi axşamı”
Xarici bəstəkarların əsərlərindən ibarət konsert
Solistlər:
Azərbaycan Respublikasının Əməkdar artisti
Xurşid Abdullayeva (klavesin)
Beynəlxalq müsabiqələr laureatı
Tofiq Zeynalov (kontratenor)
Nemət Tanrıverdiyev (trombon)
Ülkər Qüdrətli (fleyta)
Şənbə
Başlanır 15:00
Abonement №1
Ötən illər ərzində M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Filarmoniyanın nəzdində fəaliyyət göstərən kollektivlərin iştirakı ilə məktəblilər üçün abonement konsertlər təşkil olunurdu. Təşkil olunan konsertlər məktəblilər tərəfindən maraqla qarşılanırdı. Abonement konsertlərin keçirilməsi böyük əhəmiyyət kəsb edirdi. Təşkil olunan konsertlər müxtəlif mövzu və janrları əhətə etdiyi üçün gənc nəslin formalaşmasında, musiqi seçimində əvəzsiz rol oynayır.
Lakin, 2010-cu ildə Kamera və Orqan Musiqisi Zalında əsaslı təmir və bərpa işlərinin başlanılması ilə əlaqədar olaraq abonement konsertlərin keçirilməsi dayandırılmışdır.
Uzun sürən fasilədən sonra, 2022-ci ilin noyabr ayından etibarən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlərə yenidən başlanılacaqdır. Əvvəlki illərdə abonement konsertlər sırf məktəblilər üçün nəzərdə tutulmuşdursa, bu ildən isə bu konsertlər daha geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulmuşdur.
Təşkil olunan abonement konsertlər hər həftənin şənbə günləri saat 15:00 M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçiriləcəkdir. Konsertlərdə iştirak etmək arzusunda olan tamaşaçılar şəhərimizin bilet kassalarından abonement konsertlər üçün nəzərdə tutulan biletləri əldə edə bilərlər. Qeyd etmək istəyirik ki, satılan abonement biletləri çox münasib qiymətədir. Bir dəfə alınan abonement bileti 1 ay ərzində təşkil olunan konsertlərə keçərlidir.


