12 yaşdan yuxarı uşaqlar üçün bilet alınmalıdır.
☕ United Coffee Fest 2025
Kofe – İncəsənət – Musiqi – İcma 🎶🎨🤝
📍 Bakı – iki günlük kofe mədəniyyətinə həsr olunmuş festival, kofe, incəsənət, musiqi və icma ruhunu bir araya gətirir.
✨ Festival çərçivəsində Azərbaycan AeroPress Çempionatının yerli mərhələsi də keçiriləcək – qalib barista 🇰🇷 Koreyada 60 ölkə içində ölkəmizi təmsil edəcək.
2 gün ərzində sizi gözləyir:
🧘♀️ Səhər Yoga seansı – günə balans və enerji ilə başla
🌅 “Morning Club” – səhərin xüsusi atmosferi və musiqi ilə oyandırıcı start
☕ Kofe dequstasiyaları – şəhərin və regionun ən yaxşı baristalarından təzə dəmlənmiş kofe nümunələri
🏆 Azərbaycan AeroPress Çempionatı – qalib üçün beynəlxalq arenaya çıxış imkanı
🏠 Local Roastery Village & Handcraft Market – yerli qovurucular, unikal əl işləri və kreativ məhsullar
🍴 Food Court – street food, sağlam qida və şirin təamlar
🎶 Canlı musiqi və DJ performansları – gün boyu enerji, axşam isə xüsusi səhnə proqramları
United Coffee Fest — birlikdə dəmləyək, birlikdə paylaşaq!

