COVİD19 pasportu və ya imun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
Əbədiyaşar bəstəkar, Xalq artisti Cahangir Cahangirovun mahnılarından ibarət konsert proqramı noyabr ayının 23 saat 19:00 keçiriləcək. Konsertdə Xalq artistləri Ramiz Quliyev, Faiq Ağayev, Samir Cəfərov, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artistlər Ramil Qasımov, Zakir Əliyev, Lalə Məmmədova, Almaz Orucova və Rövşən Əziz, Arzu Əliyeva, Səbinə Ərəbli, Rəşad Ilyasov, Almaz Orucova, Günay Imamverdiyeva, Almaxanım Əhmədli, Heydər Anatollu, Sərxan Bünyatzadə, Aytən Məhərrəmova, Ayşən Mehdiyeva ifa edəcəklər.