
İnsan

İnsan
Tədbir haqqında
Müsabiqədənkənar yerli qısa sənədli filmlərin nümayişi: Filmlər Insan mövzusunda birləşib. İnsan... İnsan kim olduğunu, hardan gəlib, hara getdiyini, niyə görə burda, Yer kürəsində olduğunu hələ də bilmir. Bilmir?! Bəzən hə, bəzən yox… Amma daha çox yox! O, daima axtarışdadı… O, daima yeniliyə, inkişafa, kosmosu fəth etməyə çalışsa da, göstərdiyi bütün cəhdlər, gözəl olsa da, amma hələ də özünü tam şəkildə kəşf etməyib. Məhz bu səbəbdən, o daima axtarışlarını müxtəlif vasitələr üzərindən təcrübələr aparır. Bir tərəfdən yaradan insan, digər tərəfdən dağıdır. Yazılmamış qanunları, özünü, kainatı dərk etməyə çalışır.
Bu bölmədə insanın adi münasibətlərindən tutmuş, keçmişinə və gələcəyə olan bütün cəhdlərini görəcəyik.
İnsan
Rejissor: Murad İbrahimbəyov
İstehsalçı ölkə: Azərbaycan
Dil: sözsüz
Yaş məhdudiyyəti: 0+
“İnsan” trilogiyası film konsepsiyası olaraq, intellektual montajın nümunəsidir. Filmin rejissoru arxiv materialların - kadrların köməyi ilə bəşəriyyət və insanlıq ilə nələrin baş verdiyini başa düşməyə çalışır. Film üç mini-hekayədən ibarətdir "Neft", "Sivilizasiya", "İnsan".
Yaşıl
Rejissor: Zeynab İsgəndər, Dilavər Manafov, Nürseli Mammadli
İstehsalçı ölkə: Azərbaycan
Dil: Azərbaycan
Yaş məhdudiyyəti: 0+
Film Azərbaycanın ucqar kəndində yaşayan qadınların həyatını təsvir edir. Fərqli yaş qruplarının mənsub qadın həyatlarının dəyişməyən həqiqətlərini. Qadınların olduğu ailələri.
Pəncərə
Rejissor: Aytac Tapdıq, Ramin Deko
İstehsalçı ölkə: Azərbaycan
Dil: Azərbaycan
Yaş məhdudiyyəti: 0+

