
Aralıqda

Aralıqda
Tədbir haqqında
Sevgi - ailəyə, qadına, dosta, vətənə, sənətə, peşəyə və s. formada özünü biruzə verir. Sevgisiz olmaq, canlı, nəfəs alan ölü kimi olmağa bərabərdir. Sevgi yaradır, Sevgi dəyişir, Sevgi doğulur, Sevgi ölür …. və əlbəttə ki, qurban tələb edir. Öz sevdiyi üçün çabalayan, ona bütün həyatını həsr edən, bağışlayan, onun uğrunda hər şeyə və hətta ölümə hazır olan insanlar böyük qəlbə sahib insanlardılar. Amma kənardan onlar - Aralıqdadılar. Tam ortada! Bəlkə də bu ən doğru olanıdı. Bunu yalnız filmləri izlədikdən sonra demək olar.
Ayrı
Rejissor: Diana Cam Van Nguyen
İstehsalçı ölkə: Çexiya
Dil: Inglis, Çex (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+
Sevdiyin birinin itkisindən sonrakı həyat haqqında bəhs edən bu qısa film həm animasiya, həm də qeyri-animasiya üsulu ilə bu ağır mövzunun üzərində işləyir. Hekayətçilərin həqiqi təcrübələri həmin hekayələri canlandıran animasiya kadrları ilə birləşdirilir, və vaxtsız dünyadan köçmüş üç gənc insanın düşüncələrinə nəzər yetirir.
Kastinq
Rejissor: Klaudia Keska
İstehsalçı ölkə: Polşa
Dil: Polyak (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+
Rejissorluq fakultəsinin tələbəsi Mixal Şmilevski “Xaç Atası” filminin son səhnəsini yenidən səhnələşdirmək tapşırığını alır. Professional aktyorlarla işləmək yerinə, O Katovisdə, yerli uşaq uşaq evində aktyor seçimi üçün elan yerləşdirir.
Aralıqda
Rejissor: Samir Karahoda
İstehsalçı ölkə: Kosovo
Dil: Alban (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+
Xaricdə yaşayan qardaşlar və oğullar ailədəki bərabərlik və birliyi ifadə etmək üçün bir-birindən fərqlənməyən evlər tikdirirlər.
Maddi ehtiyac üzündən həyatlarının böyük hissəsini bir-birindən ayrı və fərqli mədəniyyətlərdə yaşayan ailələrin empatik portreti.

