
Təcrid Olunmuş

Təcrid Olunmuş
Tədbir haqqında
İnsan doğulandan itirir. Onun qorxuları olmasaydı, İnsan əksinə düşünərdi. Amma….
Qorxu onu mübarizəyə şövq edir, yaşamaq uğrunda mübarizəyə. İnsan həyatı boyu mənsub olduğu hər şeyi qoruyub saxlamağa, ölümsüzləşdirməyə, fizikən olmasa da, ruhən əbədiyyətə qovuşmağa özünü vadar edir. (Əks halda, həyatının önəmsizliyini anlayır.) Hər kəsmi buna cəhd edir?!
Hər şey istədiyi kimi alınmayınca, daha çox itirdikcə, özünə qapanır və özünü təcrid edir. Bu, bəlkə də, özünüdərkə aparan yoldur. Mən! Mənim! Əlbəttə, yollar müxtəlifdir.
Təcrid olunmuş bölməsində, insanın itiridikləri ilə mənsub olduqları arasındakı fərqdən danışır.
Mənim torpaq payım
Rejissor: Maka Gogaladze
İstehsalçı ölkə: Gürcüstan
Dil: Gürcü (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+
Rejissor filmin necə ərsəyə gəlməsi haqqında danışır: “Mənim evim yanandan qısa müddət sonra, Tiflisdə yaşadığım ərazidə böyük dəyişikliklər baş verməyə başladı. Bir zamanlar tanıdığım yerlər qəfildən yox olub, özləri ilə mənim şəxsi tarixçəmin parçalarını apardılar. O yerlərdən olan xatirələrim tezliklə dumanlanaraq, məni yadlaşma və səssizlik içində buraxdılar. Beləliklə, kameranı əlimə götürüb, evimin qalıqlarının və qonşuluğumuzun köhnə məkanlarının - mənim uşaqlığımdan bu günə kimi salamat çıxmış yerlərin ətrafında dolaşdım. Bu səyahətdə mən filmi xatirələrimi bərpa etmək, keçmişi yenidən qurmaq, və onun içində öz yerimi tapmaq məqsədi ilə istifadə edirəm. Mənim hekayəm müxtəlif yerlər, simalar, və məkanların üzərində qurulur.”
Sonra axşam düşür
Rejissor: Maya Novakoviç
İstehsalçı ölkə: Serbiya, Bosniya və Herseqovina
Dil: Serbiya (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+
Sənədli film Şərqi Bosniyanın təpələrində təcrid olunmuş şəkildə yaşayan iki nənənin acılı-şirinli həyatlarını təsvir edir. Nənələrin danışdığı, dinlədiyi, və hörmət etdiyi varlıq təbiətdir. Film pis havaya, doluya, və qasırğaya qarşı keçirilən rituallar və oxunan nəğmələr vasitəsilə mədəni irsi vurğulayır. Bu onların həyat tərzinin sadəliyini və paklığını, həmçinin əziyyətli işlərini əks etdirir. Filmdə baş verən gündəlik kənd həyatının təsviridir, hansı ki hər iki nənənin həm bir-birinə, həm də təbiətə qarşı olan nəvazişli və həssas münasibətini göstərir. Kadrların poetik tonu realist rəsmlərin janr səhnələrinə edilmiş istinadlara dayanır.

