
Qorxular

Qorxular
Tədbir haqqında
Bu ölüm qorxusu deyil, bu qorxu başqa qorxudur. Bu qorxu yaşanan və ya yaşanılan qorxulardandır. Bu qorxu “Əməl”, “Hərəkət” qorxusudur. Bu qorxu, ölümə qədər olan naməlum gələcəyin qorxusudur. O, insan ruhunu silkələyir, onu oyatmağa cəhd edir, onu xəbərdar edir. Yalnız xəbərdarlığı anlayan - oyanan insan xilas ola bilir.
Qorxular bölümündə qorxub və ya qorxmadığını, verdiyin qərardan sonra səni gözləyən naməlum gələcəyin, əyləncənin yaratdığı gözlənilməz fəsadların şahidi ola bilrəsiniz. Qorxular bölməsində 4 filmin nümayişi olacaq.
Belrin Kəpənəkləri
Rejissor: Monika Manganelli
İstehsalçı ölkə: İtaliya, Almaniya
Dil: Inglis (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+
Aleks 1933-cü ildə, Veymar Respublikası dövründə Berlinə köçür. Dünyadakı yerini və seksual kimliyini axtaran Aleks, tarixə əməliyyat masasına uzanmış ilk transseksual qadın olaraq düşür. Təəssüf ki bu, Almaniyada Nasional-Sosializmin yüksəlişinə, dünyanın seksual azadlıq mərkəzi olan ölkəsində tarixin ən ağır repressiyalarının tətbiq olunması dövrünə təsadüf edir.
Qurd Hekayələr
Rejissor: Agnes Meng
İstehsalçı ölkə: Portuqaliya
Dil: Portuqal (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+
Bu film Portuqaliyanın şimalında canavarlarla üz-üzə gələnlərin tük ürpərdici əhvalatlarını təsvir edir. Gecə düşəndə çobanlar yığışıb nağıl danışardılar. Əfsanə, ölüm, öldürmə… Bunlar baş vermiş və ya verməmiş ola bilər, amma insanla vəhşi təbiət arasındakı ibtidai mübarizələrdən təsirlənib. Nağılçıların qeyri-adilikləri reallıq və nağıl arasındakı sərhədi dumanlandırır, hansı ki, zamanda yox olmuş bir dünya təəssüratı bağışlayır.
İlan
Rejissor: Xanna Xoviti
İstehsalçı ölkə: Macarıstan, Finlandiya
Dil: Macar (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+
Sakit bataqlıqlarda bir adam təkbaşına hündür otların arasından suyun içi ilə ehtiyatla sürünür. İnsanların dünyasında öz yerini tapa bilməyən Misu, vaxtını soyuq qanlı sürünənlərlə keçirməyi, onlara böyük empatiya ilə qayğı göstərməyi sevir. Yalnızlıq onun sağ qalmaq üçün çıxış yolu, amma eyni zamanda ən böyük düşmənidir.
Ulduzların çəkilişi
Rejissor: Magda Yaroşeviç
İstehsalçı ölkə: Almaniya, Polşa
Dil: sözsüz (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+
Bu filmdə tamaşaçı bir gecə ərzində bir küçənin müşahidəçisidir. O yalnız nəyi təsəvvür edə bilirsə, onu görür, və nə eşitmək istəyirsə, onu da eşidir. Uzaqdan müşahidə edən göz getdikcə yaxınlaşır, və şəkillər daha kəskin forma alır, amma təfsir yenə də müşahidəçinin başında qalır. Bu gecədən nə nəticəyə gəldiyi hər bir insannın öz hekayəsidir. Məzmun haqqında yalnız öz təcrübənə əsasən fikir yürütmək olar, nəzər nöqtəsinin kamera manipulyasiyası və xarici faktorlara əsasən necə dəyişdiyinin fərqində olmaqla. Başlanğıc nöqtə müşahidəçi gözün təmin etdiyi təsvirdir. Göz bələdçidir. İzləyici gecəyə öz mənasını verir.

