
Baxış

Baxış
Tədbir haqqında
Hər bir insan həyata müxtəlif aspektlərdən, prizmalardan yanaşır və əlbəttə ki, bu, onun yaşadığı həyata, onun düşüncə tərzinə, seçimlərinə, ona maraqlı olan hadisələrə öz təsirini göstərməmiş deyildir. Onun seçimləri, onun həyata baxışının nəticəsidir. Bəzən bu, onu qorxaq edir, bəzən isə qəhrəman. Bəzən bu, onu qul edir, bəzən isə azad.
Bu bölmədə yerli müəlliflər, özünəməxsus formada yaratdıqları tablolarında, içində heç bir fərqinə varmadan, qum dənəcikləri kimi axıb-gedən, yaşadığımız həyata, zamana və ya məkana bizim üçün önəmli olmayan, lakin cəmiyyət üçün vacib olan, indi və gələcəkdə həyatımıza təsir edəcək amillərə, baş vermiş və verən hadisələrə, kino kimi həyatımıza olan münasibətlərə öz baxış açılarından yanaşaraq bölüşür.
Bir zamanlar Şanxayda
Rejissor: Leyli Qafarova
İstehsalçı ölkə: Azərbaycan
Dil: Azərbaycan (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+
Salamı xilas edin!
Rejissor: Orxan Adıgözəlov
İstehsalçı ölkə: Azərbaycan
Dil: Azərbaycan (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+
Film, keçmiş malakan abidəsi olmuş, indi isə Salaam cinemanın fəaliyyət göstərdiyi tarixi binanın sökülməsinə qarşı çıxan gənclərin mübarizəsindən bəhs edir.
Məhəllə
Rejissor: Michael Raybourne
İstehsalçı ölkə: Azərbaycan
Dil: Azərbaycan (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+
Dörd il ərzində Bakının mərkəzi ərazilərindən biri olan Sovetskidə çəkilmiş film. Filmin məqsədi həm baş verən xaosu, həm də tarixin yerin küçələrində və evlərində baş verən gözəl məqamları qeydə almaqdır. Müşahidə və sürreal hekayələr arasında get-gəl edən filmin sonuna çatdıqda izləyici Sovetskini xüsusiləşdirən şeyin nə olduğunu anlayır.
Onlar pıçıldayır, bəzən də qışqırırlar
Rejissor: Lalə Əliyeva
İstehsalçı ölkə: Azərbaycan
Dil: Azərbaycan (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+
Gölün adı yoxdur. İnsanlar ona Pir Vir deyir, amma bu yaxında yerləşən ziyarətgahın adıdır. Bir vaxtlar bu göl qadınların məkanı idi. Qadınlar oradan su yığmaqla bərabər, həm də ora öz hekayələrini etibar edərdilər. Onun belə çox hekayəsi var. Onlar pıçıldayır, amma bəzən qışqıra da bilirlər.

