
Sonuncu

Sonuncu
Tədbir haqqında
Vitali Pronin dünyaya gələndə Kürdilidə həyat sürətlə axırdı. İllər keçir, suyun səviyyəsi qalxır və nəticədə Kürdili bir adaya — yaşamaq üçün uyğun olmayan bir yerə çevrilir. Sakinlərin çoxu daha yaxşı bir həyat üçün adanı tərk edir. Qaz və elektrik olmadan, təcrid olunmuş adada çox az adam qalır, burada heyvanlar vəhşi təbiətə qayıdır və təbiət ən kiçik binanı belə işğal edərək hüquqlarını geri alır. Kənddə 68 yaşlı Vitalidən başqa heç kim qalmır. Yaşına və ağır həyat şəraitinə baxmayaraq adasını tərk etmək istəmir.
Vitaliy ilk nəfəsini aldığı adada, təsadüfən kameranın qarşısında son nəfəsini verir.
Azərbaycanlı kinorejissor və senarist Fariz Əhmədov 1983-cü ildə anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Senari və Rejissorluq fakültəsini bitirib. Əhmədov daha sonra Moskvanın nüfuzlu Gerasimov Kinematoqrafiya İnstitutuna daxil olaraq kinorejissorluq fakültəsini bitirib. Həm sənədli, həm də bədii janrda çəkdiyi qısametrajlı filmləri müxtəlif film festivallarında nümayiş olunub.


