
“İkinci həyat” adlı sərgi

“İkinci həyat” adlı sərgi
Tədbir haqqında
Azərbaycan Milli Xalça Muzeyində Arts Council Azerbaijan və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, European Crafts Alliance və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə “İkinci həyat” adlı xalça üzərində rəsm sərgisi keçirilir. Layihənin müəllifi Sona Quliyevadır.
Sərgidə Azərbaycanın ayrı-ayrı regionlarına aid köhnə, zədələnmiş və ya istifadəyə yararsız xalçalar üzərində 25 peşəkar rəssamın müxtəlif janrlarda çəkdiyi rəsmlər nümayiş olunur. Bu əsərlərdə 1980-2000-ci illərdə toxunmuş ənənəvi xalçalar rəssamların özünəməxsus yanaşma tərzi əsasında yeni bədii üslublarla sintez edilərək daha da zənginləşdirilib.
Layihənin əsas məqsədi Azərbaycan xalça sənətinin qorunması, onun müasir incəsənət kontekstində yenidən ifadə olunması, eyni zamanda, ekoloji şüurun inkişafı, təkrar istifadənin sənət vasitəsilə təşviqidir. Qarşıya qoyulan əsas hədəf isə yerli rəssamlarla yanaşı, beynəlxalq sənət ictimaiyyətini bu yaradıcılıq prosesinə cəlb etmək, xalqımızın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olan xalça sənətini dünyada daha geniş tanıtmaqdır.
Sərgi aprelin 27-dək davam edəcək.


