“Tacik tikmə dünyası” adlı sərgi

“Tacik tikmə dünyası” adlı sərgi
25 oktyabr 2025 - 11:00
0+

“Tacik tikmə dünyası” adlı sərgi
25 oktyabr 2025 - 11:00
0+
Tədbir haqqında
“Tacik tikmə dünyası” sərgisində tacik xalqının bədii-estetik zövqünü,
ideallarını, dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və zərif tikmələr
nümayiş olunur. Tacikistanın Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt,
Bədəxşan, Hisar və digər şəhər və bölgələrindən olan ustalar tərəfindən yaradılan
zəngin kolleksiya Azərbaycan tamaşaçılarına ilk dəfə təqdim edilir.
Bunlara Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56 unikal
eksponat – örtüklər, çakan geyimlər, namazlıqlar, yastıq üzləri, kişi bel yaylıqları,
dəstərxanlar və digər ənənəvi tikmə nümunələri aiddir. Sərgidə rəng çalarlarının və
naxışlarının zənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olan
süzənilər də xüsusi yer tutur.


