Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında “Əyan məclisi” adlı sərgi
keçirilir. Sərgidə muzeyin kolleksiyasından XX əsrin əvvəllərinə aid “Əyan məclisi” və
“Bağçada güllər” xalçaları nümayiş olunur. Qarabağ tipinin Şuşa qrupuna aid bu xalçalar
hündür xovu, əlvan, şux koloriti, incə toxunuşu ilə seçilir.
XIX əsrin II yarısından etbarən xaricdən Azərbaycana müxtəlif çeşidli məişət
əşyaları gətirilirdi. Şuşa sənətkarlarlarının həmin məmulatların üzərindəki təsvirlərdən
ilhamlanaraq toxuduqları məşhur xalça kompozisiyalarından biri “Bağçada güllər” idi.
Şuşada ornamental xalçalarla yanaşı, “Əyan məclisi” kimi süjetli xalçalar əsasən
XX əsrin əvvəllərində toxunurdu. Onların maraqlı cəhətlərindən biri üzərlərində
toxunduğu tarixin və klassik ədəbiyyat nümunələrindən beytlərin qeyd edilməsidir.