Gözəl və Bədheybətin Ziyafətində

Tədbir haqqında

Əziz valideynlər! 21-22 dekabr tarixlərdə Sizi Yeni 2020-ci ili Odlar ölkəmizin rəmzi olan Dünya Şöhrətli otellər qrupuna daxil olan Fairmont Flame Towers - Alov Qüllələr mehmanxanasının gözəl banket zalında Yeni İl Uşaq Ziyafətinə dəvət edirik.

Azərbaycanda ilk dəfə olaraq Məşhur Disney nağılı olan tanınmış cizgi film “Gözəl və Bədheybətin baş qəhrəmanlarının və bir çox müasir sevimli uşag cizgi filmlərinin qəhrəmanları şənliyin qonaqları olacaqdır: Transformerlər, Panda-şou, sehrbazlar, Kakadu (quş şousu), Betmen, Spaydermen,Malifisenta, Spongebob ve digərlerinin iştirakı ilə maraqli və   əyləncəli yeni il müsabiqələri, oyunlar və kvestler, mini-diskolar keciriləcək. Proqram elə nəzərdə tutulmuşdur ki, uşaqlar müsabiqələrdə həvəslə iştirak etməlidirlər ki, şounun sonundaGözəl və Bədheybətdə gəlib şənliyə qoşulsunlar.

 

Gozəlin Bədheybətinsehirli Sarayında sizi həm də ləzzətli yeməklər gözləyir: Böyüklər üçün: Azərbaycan mətbəxinin sultanı olan - Şah plov (turşu govurma ilə), sevilən Sezar salatı, müxtəlif kartoflu və ətli un məmulatları, ləziz dersertlər, alma və çiyəkli şirniyyatlar və s. gözəl təamıar Sizləri gözləyir.

 

Uşaqlar üçün: Ət burger tərəvəzlərlə, Toyug ve Balıq nagetsləri, kartof fri, soklar digər içkilər, sevimli desertlər, ekler, yeni il şirniyyatlari ve sair (çay ilə). 

 

Böyüklərə və Uşaqlara - evinizde bu unudulmaz bayramı hər zaman yad edəcək yeni il hədiyyələri paylanacaq.

 

Peşəkar fotoqraflar bütün qəhrəmanlarla şəkil çəkib yerindəcə çap edəcəklər.

 

1 biletin qiyməti 60 manat uşaq və 60 manat böyük üçün olacaqdır (qiymətə giriş pulu, şou proqram, menyu ve hədiyyələr daxildir).

 

Bütün iştirakçıların ziyafət paltarında gəlməsini daha məqsədə uyğundur.

Yaş məhdudiyyəti / Dil

0+
Gözəl və Bədheybətin Ziyafətində Gözəl və Bədheybətin Ziyafətində