6 May saat 14:00-da d’lite kafedə qənnadçı Albina Məmmədova tərəfindən uşaqlar üçün master klass keçiriləcək. Burada uşaqlar dadlı peçenyələrin hazırlanma qaydalarını öyrənəcəklər. İştirak haqqı 25 azn. Master klass 4-10 yaş arası uşaqlar üçün nəzərdə tutulub.