
Tıq-tıq xanım

Tıq-tıq xanım
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
A.Şaiq “Tıq-tıq xanım”
Yaş həddi: 5+
Müəllif: Abdulla Şaiq
Quruluşçu rejissor və səhnələşdirmə müəllifi: Nicat Mir Kazımov (Əməkdar artist)
Quruluşçu rəssam: Mustafa Mustafayev
Rəqslərin quruluşu: Tuncay Hüseynov
Əsas rolların ifaçıları: Aydan Həsənzadə, Xəyalə Qasımova, Ramil Şamiloğlu, Ramiq Nəsirov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Hilal Dəmirov, İlhan Sadıqov, Könül Əbil
Janr: Nağıl-tamaşa
Tamaşanın müddəti: 1 saat
Abdulla Şaiqin “Tıq-tıq xanım” nağıl-tamaşası uşaqların sevimli nağıl qəhrəmanı Tıq-tıq xanımın başına gələn məzəli əhvalatlardan bəhs edir.Uzun illər Milli Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan bu tamaşa hazırda uşaqlar üçün yeni quruluşda, müasir üslubda hazırlanmışdır.
Tənhalıqdan bezib özünə dost axtaran Tıq-tıq xanım bir çox heyvanlarla qarşılaşır. Lakin onların heç birinin xasiyyəti xoşuna gəlmir. Nəhayət, Siçan sədaqətli olacağına söz verdiyi üçün Tıq-tıq xanım onunla bir yerdə yaşamağa razılıq verir. Bir gün xan sarayına ərzaq gətirmək üçün gedən Siçanın gecikdiyini görən Tıq-tıq xanım onun arxasınca gedərkən çaya düşür. Nə qədər çalışırsa, sudan çıxa bilmir, az qalır boğulsun. Bunu toya gedən atlılardan eşidən Siçan Tıq-tıq xanımı xilas etmək üçün tələsir. Lakin Tıq-tıq xanım ondan küsür... Bəs, sonra nə baş verir?
Tamaşa dostluqdan, xeyirxahlıqdan bəhs etməklə yanaşı, həm də düzlüyü tərənnüm edir. Ona görə də bir sıra sınaqlara məruz qalan Tıq-tıq xanımla Siçan arasında dostluq qələbə çalır, onlar barışırlar.
Tamaşanı uşaqların marağına səbəb olacaq şən mahnılar və maraqlı rəqslər müşayiət edir.


