Tıq-tıq xanım

Tədbir haqqında

A.Şaiq “Tıq-tıq xanım”

Yeni quruluşda

(Nağıl-tamaşa)

 

Yaş həddi: 3+

Müəllif: Abdulla Şaiq

Səhnələşdirən: Mir Nicat Kazımov (Əməkdar artist)

Quruluşçu rejissor: Mir  Nicat Kazımov       

Baş rolların ifaçıları: Aydan Həsənzadə, Xəyalə Qasımova, Nurlan Süleymanlı,    

Hüseyn Bayramov, Hilal Dəmirov, İlhan Sadıqov, Ramil Şamiloğlu, Ramiq Nəsirov

         Janr: Nağıl-tamaşa

         Tamaşanın müddəti: 1 saat                                   

 

Abdulla Şaiqin “Tık-tık xanım” nağıl-tamaşası uşaqların sevimli nağıl qəhrəmanı Tıq-tıq xanımın başına gələn məzəli əhvalatlardan bəhs edir. Uzun illər Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan bu tamaşa hazırda uşaqlar üçün yeni quruluşda, müasir üslubda hazırlanmışdır.

Tənhalıqdan bezib özünə dost axtaran Tık-tık xanım bir çox heyvanlarla qarşılaşır. Lakin onların heç birinin xasiyyəti xoşuna gəlmir. Nəhayət, Siçan ona sədaqətli olacağına söz verdiyi üçün Tık-tık xanım onunla bir yerdə yaşamağa razılıq verir. Bir gün xan sarayına ərzaq gətirmək üçün gedən Siçanın gecikdiyini görən Tık-tık xanım onun arxasınca gedərkən çaya düşür. Nə qədər çalışırsa, sudan çıxa bilmir, az qalır boğulsun. Bunu toya gedən atlılardan eşidən Siçan qaçaraq, Tık-tık xanımı xilas etmək üçün tələsir. Lakin Tık-tık xanım ondan küsür... Bəs, sonra nə baş verir?

Tamaşa dostluqdan, xeyirxahlıqdan bəhs etməklə yanaşı, həm də düzlüyü tərənnüm  edir. Ona görə də bir sıra sınaqlara məruz qalan Tık-tık xanımla Siçan arasında dostluq qələbə çalır, onlar barışırlar. 

Tamaşanı uşaqlarımızın marağına səbəb olacaq şən mahnılar və maraqlı rəqslər müşayiət edir.

Yaş məhdudiyyəti / Dil

3+ / Azərbaycanca
Tıq-tıq xanım Tıq-tıq xanım

Məkan yeri
Nizami küçəsi 72, Bakı, Azərbaycan