Kafe İdiot

Ş. 10.11.2018 17:00

Gənc Tamaşaçılar Teatrı

M 20 - 50

Tədbir bitib
Tədbir bitib
  • “Balet Moskva” teatrı (Rusiya)               

    Rusiyanın ən güclü xoreoqrafiya teatrlarından biri, klassika və novatorluğun orqanik sintezi ilə öz bədii siyasətinin əsasını qoyub. “Balet Moskva” teatrının tərkibində klassik və müasir rəqsi təmsil edən iki truppa var. Teatr maksimal janr müxtəlifliyi ideyasına, ifadə vasitələrinin, vizual və musiqi tərtibatının seçimində cəsarətlilik prinsipinə söykənir. “Balet Moskva” teatrının repertuarında xüsusi olaraq teatrın artistləri üçün yaradılmış, Rusiya və xarici xoreoqrafların müəllif işləri yer alır.

     

    Teatr sərbəst məkanda fəaliyyət göstərir: onun öz səhnəsi yoxdur. Bu isə müxtəlif yerlərlə eksperimentlər aparmağa, müxtəlif teatr sahələrinin potensialından və özəl xüsusiyyətlərindən istifadə etməyə imkan verir.

     

    Kafe İdiot          

    Tamaşanın əsas dəsti-xətti F.M. Dostoyevskinin “İdiot” fəlsəfi romanı üzərində qurulub. Rejissor və xoreoqraf Aleksandr Pepelyayev bu əsərdə rəqs dili üçün geniş faktura müəyyən edərək, öz quruluşunda yalnız hərəkətlər və obrazların köməyi ilə çoxşaxəli, hadisələrlə zəngin olan detektiv romanı təkrar nəql etməyə çalışıb. Onun Dostoyevskinin oxunuşu son dərəcə qeyri-adi olsa da, mühit, emosional vəziyyət, süjetlərin tanınması dərhal baş verir.

    Romanın özü çoxsəsli partiyalara bölünüb: Nastasya Filippovnanı, Roqojini və Mışkini birdən-birə bir neçə ifaçı oynayır. Onlar dəyişirlər və bir-birlərinə birləşirlər, bəzənsə bir qırmızı kütlə halına düşürlər. Qırmızı rəng valehedici dərəcədə dolğundur: bu həm əzab, həm ehtiras, həm sevgi, həm də ölümdür... O, ağ rəngdən başqa özündə hər şeyi cəmləşdirir və bu iki rəng, “Kafe İdiot” tamaşasında xüsusi münasibətlər qururlar.

    “Kafe İdiot” 2016-cı ildə “Müasir rəqs/Ən yaxşı tamaşa” nominasiyasında “Qızıl Maska” Rusiya Milli Teatr mükafatına layiq görülüb.

     

    Rejissor və xoreoqraf: Aleksandr Pepelyayev

    Janr: balet

    Tarix: 10/11/2018, şənbə

    Vaxt: 17:00

    Məkan: Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

    Dil: sözsüz

    Müddət: 80 dəqiqə (antraktsız)

     

    Yaş həddi: 16+

Keçirilmə məkanı

Gənc Tamaşaçılar Teatrı

Ünvan
Nizami küçəsi 72, Bakı, Azərbaycan
Telefon
(+994 51) 466 23 80
Faydalı məlumat
Yaş həddi:
16+ yaşdan
Tədbirin davam etmə müddəti:
17:00 - 18:20 - Ş., 10 Noy