• Y. Vaxtanqov adına Dövlət Akademik Teatrı
    Ölkə: Rusiya
    Rejissor: Mixail Sitrinyak
    Müddəti: 1 saat 30 dəqiqə
    Janr: dram
    Yaş həddi: 16+
    Dil: rus dili, Azərbaycan dilində subtitrlər ilə

    Görkəmli aktrisa Sara Bernar keçmişdə baş vermiş hadisələri bərpa etməyə çalışır. Öz xatirələrində o, yenidən səhnəyə, uşaqlığına, anası ilə münaqişələrə yaxud sevgilisi ilə söhbətlərə qayıdır. Bütün bunlar ona nə üçün lazımdır? Bəli, bütün bunlar ona solğun həyatını duyğu və emosiyalarla doldurmaq üçün lazımdır, lakin bu dəfə yalnız xatirələrdə. Onun hələ də səhnəyə və tərəf müqabillərinə ehtiyacı var. Sara Bernar monoloqlar və katibi Pitu ilə xəyali dialoqlar aparır.

    Bəzi vacib sözlər söylənilməyib, belə ki, Sara Bernar inadla öz mərhum rəqibləri ilə birtərəfli mübahisələri davam etdirir. Yoxluğun astanasında hisslər, iztirablar, ehtiras, irrasionallıq – hamısı təbii şəkildə geri qayıdır. Və həyatın mahiyyəti, teatrın mahiyyəti də elə budur.

Keçirilmə məkanı

Rus Dram Teatrı

Ünvan
Xəqani küçəsi 7, Bakı, Azərbaycan
Telefon
(+994 12) 493 76 54
Faydalı məlumat
Yaş həddi:
16+ yaşdan
Dil:
Русский
Tədbirin davam etmə müddəti:
19:00 - 20:30 - Ç.a., 3 Sen