Həqiqət

B. 11.11.2018 20:00

Bakı Konqres Mərkəzi

M 20 - 100

Tədbir bitib
Tədbir bitib
  • Finzi Paska Kompaniyası (İsveçrə)

    Öz sayılıb-seçilən yaradıcılıq üslubu sayəsində “Compagnia Finzi Pasca” müstəqil teatr kollektivləri arasında şübhəsiz ki, dünya liderlərindən birinə çevrilib. “Nəvaziş teatrı” (Theatre of the Caress) adını qazanmış unikal teatr texnikası, dünyanın hər yerində tamaşaçıları valeh edir. Kollektivin hesabında Olimpiya oyunlarının üç açılış mərasiminin təşkili (2006-cı ildə Turin, 2014-cü il Soçi, habelə Olimpiya və Paralimpiya oyunları), məşhur “Cirque du Soleil” üçün iki şou var. Sonuncu şoulardan biri “Corteo” adlanır və on illik dünya turnesi ərzində, onu 9 milyondan çox tamaşaçı izləyib. Kollektiv indiyə qədər beş lirik opera yaradıb, onlardan ikisi – “Aida” və “Rekviyem” Sankt-Peterburqdakı Mariinski Teatrının repertuarının bir hissəsinə çevrilib.

     

    Monreal şəhəri üçün yaradılmış “Avudo” multimedia şousuna quruluşçu-rejissorlar video-mappinq, işıq oyunu və şəhər fəvvarələrinin sularını daxil ediblər (dörd ay ərzində bu şounu 265.000 tamaşaçı izləyib). 2019-cu ildə “Compagnia Finzi Pasca” İsveçrənin Veve şəhərində 25 ildə bir dəfə keçirilən, 400.000 tamaşaçının ziyarət edəcəyi gözlənilən möhtəşəm Şərabçılar festivalının quruluşunu öz üzərinə götürüb.

     

    Hal-hazırda, kollektivin repertuarında beş irimiqyaslı tamaşa var: “Sənin üçün” (2016), “Ağ üzərində ağ” (2014), “Həqiqət” (2013), “Donka” (2010) və “İkar” (1991).

     

    Həqiqət / La Verità

     

    “Həqiqət” şousu – akrobatika, teatr, rəqs və musiqinin sintezidir. Hadisələr tamaşanın müəlliflərini ilhamlandıran bir əşyanın, Salvador Dalinin 1940-cı illərdə “Sərsəm Tristan” baleti üçün yaratdığı pərdənin ətrafında cərəyan edir.

     

    Daim hərəkətdə olan və vokal partiyalarını canlı ifa edən on bir istedadlı ifaçı “akrobatik poema” yaradır. Ardıcıl səhnələr ilə, onlar bizi sürrealizm dövrü, məhəbbət hekayəsi və həqiqət haqqında düşüncələrdən keçirirlər.

    Üç il ərzində Dalinin orijinal pərdəsi tamaşanın bir hissəsi olub. Hal-hazırda, onu dəqiq surəti əvəz edib.

     

    Rejissor və xoreoqraf: Daniele Finzi Paska

    Janr: akrobatika elementləri və canlı musiqi ilə zəngin olan teatr tamaşası

    Tarix: 11/11/2018, bazar

    Vaxt: 14:00 və 20:00

    Məkan: Bakı Konqres Mərkəzi

    Dil: ingilis (Azərbaycan dilində altyazılar)

    Müddət: 118 dəqiqə (20 dəqiqəlik antrakt ilə)

     

    Yaş həddi: yoxdur

Faydalı məlumat
Yaş həddi:
0+ yaşdan
Dil:
English
Tədbirin davam etmə müddəti:
20:00 - 22:00 - B., 11 Noy
Keçirilmə məkanı

Bakı Konqres Mərkəzi

Ünvan
Təbriz Küçəsi, Bakı, Azərbaycan
Telefon
(+994 12) 404 18 81