• Səhnə dizaynı teatrın sehrinin ayrılımaz bir hissəsidir. Quruluşçu rəssamlar sadəcə səhnəni dizayn etmirlər, onlar tamaşanın dünyasını canlandırırlar. M.A.P.festivalının bu tədbirində siz Bakıda anadan olmuş Rusiyanının tanınımış quruluşçu rəssamı, dizayneri, art-direktoru, “Melikova və Mixaylovskaya Teatral Bürosu”nun həmtəsisçisi Alisa Melikova (“Praktika” teatrı, Rusiya) ilə yaxından tanış ola biləcəksiniz. Mühazirənin mövzusu- “Poetik teatr və teatrda poeziya”. Alisa Melikova Poliqrafiya Akademiyasının və Moskva Şəhər Pedaqoji Universitetinin rəssamlıq fakültəsinin məzunudur. Los Ancelesdə Kaliforniya Universitetində qrafik dizayn üzrə təhsil alıb. 2010-cu ildən teatr layihələrində quruluşçu rəssam kimi fəaliyyət göstərir (“Praktika”, “Politeatr”, “Sovremennik”, “Teatr na Taqanke”, “S.A.D” teatrı, V.Meyerxold adına Teatr Mərkəzi, İttifaqlar Evinin Sütunlu zalı). “Tekstura-Olimp”, “Tekstura”, “Zerkalo” festivallarının açılış mərasimlərinin rəssamı və münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib. Mühazirə rus dilində olacaq. Azərbaycan dilinə tərcümə təmin olunacaq. GİRİŞ SƏRBƏSTDİR Mühazirədə iştirak üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün: 0502893132 Tarix:4 noyabr Zaman:16:00-17:30 Məkan:YARAT Müasir İncəsənət Mərkəzi
Faydalı məlumat
Ödənişsiz biletlər:
Bəli
Tədbirin davam etmə müddəti:
16:00 - 17:30 - Ş., 4 Noy
Keçirilmə məkanı

YARAT Müasir İncəsənət Mərkəzi

Ünvan
Bayıl qəsəbəsi, Milli Bayraq Meydanının yaxınlığı, E119, Bakı
Telefon
(+994 12) 505 14 14