Torpağın duzu

B. 20.10.2019

Gün
:
Saat
:
Dəqiqə
:
Saniyə

“Puppet Cinema” Teatrı 

Ölkə: İsrail
Rejissor: Svi Sahar
Müddəti: 1 saat 15 dəqiqə
Janr: kukla tamaşası
Yaş həddi: 18+
Dil: İngilis dili, Azərbaycan və rus subtitrləri ilə

İsrailli Amos Kenanın nüfuzlu “Eyn-Haroda gedən yol” romanı əsasında yaranmış “Torpağın duzu” tamaşası ölkəsində baş vermiş hərbi çevrilişdən qaçaraq ən son müstəqil sığınacaq və deyilənlərə görə, müqavimətin son dayağı olan Eyn-Haroda qədər çatmış üsyançı bir romanistdən bəhs edir. Qəhrəmanın – simasız, adsız Bunraku kuklasının gözləri ilə tamaşaçılar müharibənin faciəvi dövrünü – minlərlə ton duzdan yaradılmış Yaxın Şərq mənzərəsi, miniatür şəhərin kağız küçələrində plastik sisternlərin yuvarlandığı səhnəsi vasitəsilə seyr edirlər. Xüsusi quraşdırılmış kamera xırda dəstlərdən keçərək eyni zamanda çəkilmiş materialı şəhərin üzərində asılmış kinoekrana ötürür.

“Puppet Cinema” Teatrının yaratdığı “Torpağın duzu” tamaşasının zərif mexaniki rəqsi canlı film elementlərini və teatr sənətini özündə birləşdirir. Səhnə quruluşu daim mübarizədə olan ölkənin və həyat uğrunda mübarizə aparan insanların tarixindən bəhs edir. Tamaşa canlı olaraq səhnədə yarandıqca, dağıldıqca və yenidən qurulduqca, tamaşaçılar özünüqoruma ehtiyacının mövcud olduğunun və bizim azadlıq uğrunda apardığımız mübarizənin şahidi olurlar.

Faydalı məlumat
Yaş həddi:
18+ yaşdan
Ödənişsiz biletlər:
Bəli