Sirena

Tədbir haqqında

Danimarka Dans Teatrı (Danimarka)

Danimarkanın ən böyük rəqs truppasının əsası 1981-ci ildə qoyulub. Bu gün Danish Dance Theatre, dünyanın müxtəlif yerindən toplanmış rəqqaslar qrupu ilə müasir rəqsin aparıcı kollektivlərindən biri sayılır. 2018-ci ildə truppaya dünya xoreoqrafiyasının ulduzu Pontus Lidberq qatılır və ona bədii direktor kimi rəhbərlik etməyə başlayır. Universal və çoxşaxəli P. Lidberq eyni zamanda kinematoqrafçı, rəqqas və əlbəttə ki, xoreoqraf olmaqla, dünyanın müxtəlif məkanlarında fəaliyyət göstərib: New York City Ballet, Martha Graham Dance Company, Les Ballets de Monte-Carlo, Royal Swedish Ballet, Royal Danish Ballet, Le Ballet du Grand Théâtre de Genève, Beijing Dance Theatre və s. The New York Times Pontus Lidberqin xoreoqrafiyasını başdan-başa “təlatümlər” və “burulğanlar” adlandırıb.

 

Sirena / Siren

“Sirena” rəqs tamaşası Pontus Lidberqin yeni işidir. Tamaşanın premyerası 2018-ci ilin yayında baş tutub. Qədim yunan mifologiyasına istinad edən adı və rəqs prizması ilə, rejissor sosial media yönümlü müasir dünyada insan münasibətlərinin çətinliklərini, kommunikasiya və qaçılmaz izolyasiya problemlərini araşdırır. Öz işində konseptual video-proyeksiyaları birləşdirməklə və vizual meditasiya yaratmaqla, P. Lidberq klassik və müasir incəsənəti bir araya gətirir.

 

Rejissor və xoreoqraf: Pontus Lidberq

Janr: modern rəqs

Tarix: 09/11/2018, cümə

Vaxt: 20:00

 

Məkan: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Yaş məhdudiyyəti / Dil

12+
Sirena Sirena