Çirkin ördək balası

C.a. 8.11.2018 15:00

Azərbaycan Dövlət Kukla Teatrı

M 15

Tədbir bitib
Tədbir bitib
  • Brodyaçaya sobaçkaKukla Teatrı (Rusiya)

    Peterburqun “Brodyaçaya sobaçka” Kukla Teatrı artıq 25 ildir ki, fəaliyyət göstərir. Qonaqların zehnində öz rahat ev ab-havası ilə yaddaqalan bir kiçik uşaq teatrı üçün, bu əhəmiyyətli müddətdir. Teatrın repertuarında həm xalq nağılları, həm də uşaq ədəbiyyatı klassiklərinin ən körpə, lakin, artıq çox tələbkar olan tamaşaçılar üçün nəzərdə tutulan əsərləri yer alır. Ənənəvi tamaşalardan savayı, “Brodyaçaya sobaçka” interaktiv dərslər də keçirir. Bu dərslərdə peşəkar artistlər uşaqlara əl altında olan vasitələrdən kuklaların hazırlanmasının əsaslarını öyrədirlər. Teatr indiyə qədər Latviya, İspaniya, Danimarka, İsveçrə, Türkiyə, Koreya və başqa ölkələrdə çıxış edib.

     

    Çirkin ördək balası

    “Çirkin ördək balası” kukla tamaşası Hans Xristian Andersenin 200 illik yubileyinə həsr olunub. Danimarkalı klassikin məşhur nağılının adaptasiyası, hamı kimi doğulmayan, fərqli ördək balasının maraqlı hekayəsindən bəhs edir. Kimsə bu tamaşanı ksenofobiya və bullinq haqqında ibrətamiz hekayə kimi də anlaya bilər. Amma, uşaqlar üçün, bu tamaşa, balaca çirkin ördək balasının möcüzəli şəkildə gözəl ağ qu quşuna çevrilməsi haqqındadır. Tamaşanın özəl xüsusiyyəti ondan ibarətdir ki, tamaşa ərzində heç bir “insan” sözü dilə gətirilmir və yalnız “quş dili” səslənir. 2005-ci ildə bu tamaşa ən yaxşı rəssam işi kimi “Qızıl Maska” mükafatına layiq görülüb və “Qızıl Maska” mükafatının “Kukla teatrında ən yaxşı tamaşa” nominasiyası üzrə nominantı olub.

     

     

    Rejissor: Jak Matissen (Danimarka)

    Janr: kukla tamaşası

    Tarix: 08/11/2018, cümə axşamı

    Vaxt: 12:00 və 15:00

    Məkan: Azərbaycan Dövlət Kukla Teatrı

    Dil: sözsüz

    Müddət: 40 dəqiqə (antraktsız)

     

    Yaş həddi: 4+

Faydalı məlumat
Yaş həddi:
4+ yaşdan
Tədbirin davam etmə müddəti:
15:00 - 15:40 - C.a., 8 Noy
Keçirilmə məkanı

Azərbaycan Dövlət Kukla Teatrı

Ünvan
Neftçilər prospekti 36, Bakı, Azərbaycan
Telefon
(+994 12) 4926425